satellite   Azerspace-1: 11135 H 30000

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) dənizdə qazma imkanlarının genişləndirilməsi və hasilat potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Çin Xalq Respublikasından dörd yeni qazma qurğusu alıb.

Bu barədə NTV-yə  “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Birliyin sifarişi ilə Çin Xalq Respublikasının dövlət neft və qaz şirkəti CNPC-nin (China National Petroleum Corporation) törəmə müəssisəsi olan BOMCO (Baoji Oilfield Machinery Co., Ltd.) tərəfindən istehsal edilən yeni qazma qurğularından ikisi artıq zavodun qəbul sınaqlarını uğurla tamamlayaraq qəbul edilib.

Layihə İB-nin “28 May” Neft və qazçıxarma idarəsinin “Dayazsulu Günəşli” yatağında qazma əməliyyatlarının daha səmərəli, təhlükəsiz və müasir texnologiyalar əsasında həyata keçirilməsinə xidmət edir. Müasir texnologiyalarla təchiz olunmuş bu qurğular yanlülə qazılması və quyuların təmiri işlərində istifadə ediləcək.

Layihənin icra qrafikinə uyğun olaraq ilk qazma qurğusu cari ilin oktyabr ayında Azərbaycana gətirilib. Növbəti mərhələdə montaj və sazlama işlərinin tamamlanması, qurğunun “Dayazsulu Günəşli” yatağına çatdırılması və yerində quraşdırma işləri yekunlaşdırıldıqdan sonra istismara verilməsi planlaşdırılır. Paralel olaraq digər  qazma qurğularının da mərhələli şəkildə ölkəmizə çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən qazma qurğularının alınmasını nəzərdə tutan müqavilə “Azneft” İB ilə BOMCO arasında 2025-ci il dekabrın 9-da imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM