satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

“Tesla” şirkəti ABŞ-də sükan və pedalları olmayan tamamilə avtonom “Cybercab” elektrokarını fərdi şəxslər üçün satışa təqdim edib.

NTV xarici mediaya istinadla xəbər verir ki, yeni modelin qiyməti 29 min 990 dollar təşkil edir. Lakin avtomobildən istifadə etmək üçün aylıq 299 dollar dəyərində məcburi “avtonom idarəetmə abunəliyi” tələb olunur.

Müqayisə üçün qeyd edək ki, standart “FSD” avtopilotunun aylıq abunə haqqı 99 dollardır.

Şirkətin açıqlamasına görə, fərdi “Cybercab” avtomobillərini hələlik yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi məhdud şəhərlərdə idarə etmək mümkün olacaq. İlkin mərhələdə təklif olunan avtomobillərin sayı isə məhduddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM