satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb

Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ötən həftə ərzində 4 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirlikdən NTV-yə verilən məlumata görə, yanğın hadisələri Kəngərli rayonunun Xök kəndində və Şərur rayonunun Bəhruz Kəngərli kəndində ot bağlamalarında, Babək rayonunun Çeşməbasar kəndində elektrik dirəyində, eləcə də Şərur rayonunun Aşağı Daşarx kəndində açıq sahədə qeydə alınıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların ətraf ərazilərə yayılmasının qarşısı alınıb və operativ söndürülməsi təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM