Tailandın Phuket adasının Patong turizm bölgəsində motosiklet icarəsi mağazasında baş verən yanğın nəticəsində 11 nəfər həlak olub.
NTV xarici mediaya istinadla xəbər verir ki, yanğın noyabrın 16-da səhər saatlarında başlayıb və qısa müddətdə qonşu tikililərə yayılıb.
Polisin ilkin məlumatına əsasən, hadisə nəticəsində xarici turistlər arasında xəsarət alan və ya həlak olan olmayıb.
Hazırda yanğının səbəbləri araşdırılır.
