satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Millət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, ayın 15-də Ordubad–Dırnıs yolunda avtobusun aşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 11 nəfər xəstəxanaya çatdırılıb. Onlardan bəziləri təcili tibbi yardım avtomobili, digərləri isə xəstə yaxınlarının şəxsi nəqliyyat vasitələri ilə gətirilib.

Həkimin sözlərinə görə, xəsarət alanların hamısı ətraflı müayinədən keçirilib. Hazırda onların bir qismi həkim nəzarətində saxlanılır, digərləri isə evə buraxılıb.

Millət Hacıyev qeyd edib ki, xəstələr arasında ağır vəziyyətdə olan olmayıb. Ümumilikdə, 11 nəfərdən yalnız birində travmatik zədə aşkarlanıb, digər şəxslərin xəsarətləri isə yüngül xarakter daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM