satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Hindistanın qərbində yerləşən Racastan ştatının Çuru rayonunda yol tikintisi zamanı bədbəxt hadisə baş verib.

NTV-nin "The Times of India" qəzetinə istinadla xəbər verir ki, çınqılqarışdıran maşının yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində 8 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Polis bildirib ki, həlak olanların hamısı yol tikintisində çalışan fəhlələrdir. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM