satellite   Azerspace-1: 11135 H 30000

Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir - FOTOLAR

Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir<font color=red> - FOTOLAR</font> Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir<font color=red> - FOTOLAR</font>

Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

NTV xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasına qeyd edilib.

Bildirilib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.

"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sosial şəbəkə hesabları ilə bu linkdən tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM