Qırğızıstan hökuməti daxili bazarda yanacaq çatışmazlığının və kəskin qiymət artımının qarşısını almaq üçün kömür ixracı üzərində hökumət nəzarətini gücləndirməyi təklif edir. Nazirlər Kabinetinin “Kömür daşınmasının bəzi məsələləri haqqında” qərar layihəsi ictimai müzakirəyə təqdim edilib.
NTV xəbər verir ki, hakimiyyət orqanları, xüsusən də payız və qış aylarında Qırğızıstan əhalisinə prioritet kömür tədarükünün saxlanılmasının vacib olduğunu düşünür.
Qırğızıstanın “24.kg” potalı xəbər verir ki, layihənin müəllifləri daxili bazarın tənzimlənməsi üçün yerli bərk yanacağın ixracına məhdudiyyətlərin tətbiqini təklif edirlər.
Əvvəllər qəbul edilmiş tədbirlər alternativ istilik mənbələrinə çıxışı məhdud olan bölgələr də daxil olmaqla, 2026-cı ildə kömür çatışmazlığının qarşısını almağa kömək edib. Məhdudiyyətlər qiymətlərin tənzimlənməsinə və həssas qrupların sosial qiymətə kömürlə təmin olunmasına şərait yaradıb.
Təqdim olunan məlumatlara görə, bu ilin yanvar-oktyabr ayları arasında “Qırğızıstankomur” ASC vasitəsilə avtomobil yolu ilə təxminən 539.000 ton kömür ixrac edilib. Təchizatların ümumi dəyəri 34 milyon dolları keçib. Şirkətin bu fəaliyyətlərdən əldə etdiyi xalis mənfəət təxminən 1,45 milyon dollar təşkil edib.
