Portuqaliyada mənzil çatışmazlığı və daşınmaz əmlak qiymətlərinin artması ilə əlaqədar etiraz aksiyaları bu həftə bərpa ediləcək.
NTV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, paytaxt Lissabonda nümayişçilər daha əvvəl qurduqları düşərgəni polisin təzyiqi ilə dağıtmağa məcbur edildikdən sonra bu gün Rossio meydanında yenidən düşərgə salacaqlarını vəd ediblər. Çünki ölkənin Daxili İşlər Nazirliyi ictimai meydanlarda çadırların qurulmasını qadağan edib.
Bundan başqa, Portu şəhərində nümayişçilər oktyabrın 24-nə qədər toplaşmamaq qərarına gəliblər. Məhz həmin günə ölkənin müxtəlif şəhərlərində irimiqyaslı nümayişlər planlaşdırılıb.
Bu arada, Rossio meydanındakı etiraz düşərgəsində saxlanılan və sonradan girov müqabilində sərbəst buraxılan 55 nəfərin işi məhkəmədə araşdırılır.
