satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib <font color='red'> - Siyahı</font>

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb.

Beləliklə, 31 Türkiyə vətəndaşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub:

  1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri
  2. Cem Özyurt – Bloger
  3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı
  4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri
  5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı
  6. Muhammed Emin Yıldırım – "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi
  7. Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik
  8. Serhat Koyuncu – İctimai xadim
  9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı
  10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq
  11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)
  12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri
  13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini
  14. Aydın Binboğa – İqtisadçı, siyasətçi
  15. Hakkı Eren – "Köklü Değişim" jurnalisti
  16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
  17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi
  18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi
  19. Mert Armağan – Jurnalist
  20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist
  21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı
  22. Yusuf Kaplan – Yazıçı, jurnalist
  23. Erdinc Teğmen – Erte Medya"nın sahibi
  24. Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi
  25. Halil Atakan Ay – İlahiyyatçı
  26. İsmail Kılıçarslan – TV NET, "Yeni Şafak" qəzeti
  27. Murat Şahin – Akıt TV-də proqram aparıcısı
  28. İrfan Kaya Ülger – Akıt TV-də proqram aparıcısı
  29. Fatin Dağistanlı – Akıt TV-də proqram aparıcısı
  30. Ömer Ulutaş – Toprak Partiyasının sədri
  31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili

Vurğulanıb ki, Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:14 21.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM