satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməyi planlaşdırır.

NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla yazıb.

Məlumata görə, bu, bölgədəki ABŞ hərbi kontingentinin daha 9-10 min nəfər artırılması deməkdir. Gəmilərin, qırıcı təyyarələrin, dəniz piyadalarının və dənizçilərin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir.

“Theodore Roosevelt” aviadaşıyıcısı sentyabrın 27-də San-Dieqodan yola düşüb. Hazırda “George H.W. Bush” və “George Washington” aviadaşıyıcıları da Yaxın Şərqdə yerləşdirilib.

Qəzetin məlumatına görə, “George Washington” bölgədə qalarsa, ABŞ aprel ayından bəri ilk dəfə burada eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM