satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərinin müdafiəsi üçün əlavə iki “Patriot” raket batareyası yerləşdirib.

NTV xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, batareyalardan biri Səudiyyə Ərəbistanında əsas neft obyektinin, digəri isə Qətərdə qaz obyektinin müdafiəsi üçün yerləşdirilib. Vaşinqtonun bu addımla müttəfiqlərinin enerji obyektlərinin təhlükəsizliyini təmin etməyə çalışdığı bildirilir.

Bundan əlavə, “USS Theodore Roosevelt” aviadaşıyıcısı və onun zərbə qrupu Yaxın Şərqə doğru yola düşüb. Gəminin noyabrın ortalarında bölgəyə çatacağı gözlənilir. Bununla ABŞ-nin Yaxın Şərqdə eyni vaxtda üç aviadaşıyıcı zərbə qrupuna malik olması mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM