Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla Yenişehir və Mezitli bələdiyyələrində korrupsiya istintaqı çərçivəsində 59 şübhəli saxlanılıb.
NTV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında bələdiyyə başçıları Vahap Seçer, Abdullah Özyiğit və Ahmet Serkan Tuncer də var.
Məlumata görə, Mersin Böyükşəhər Bələdiyyəsində aparılan araşdırmalarda 13 tender və 63 birbaşa satınalma (və ya qanunvericilikdə işlədilən termini ilə bir mənbədən satınalma - mal, iş və xidmətlərin heç bir tender və ya kotirovka sorğusu keçirilmədən, birbaşa olaraq konkret bir təchizatçıdan əldə edilməsi üsuludur) zamanı cəmi 330 milyon 945 min türk lirəsi məbləğində ictimai zərər müəyyən edilib.
