satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb

İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb

İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən "Xinhua" agentliyi məlumat yayıb.

Xilasetmə komandaları itkin düşmüş 57 nəfərin axtarışlarını aparır, digər 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə edilib.

Göyərtəsində 243 sərnişin olan "Virgo Transport 8" gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraitinə görə sentyabrın 13-də onunla əlaqə kəsilib.

Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyu çıxarıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM