satellite   Azerspace-1: 11135 H 30000

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

Yunanıstanın Krit adasında təxminən 8,5 milyon il əvvəl yaşamış kərgədanın fosilləşmiş kəlləsi aşkarlanıb.

NTV xəbər verir ki, tapıntı adanın şərqində, Sitia bələdiyyəsinin UNESCO Qlobal Geoparkında Patras Universitetinin alimləri tərəfindən aşkar edilib.

Alimlərin ilkin araşdırmasına görə, kəllə Yuxarı Miosen dövründə yaşamış ikibuynuzlu Dihoplus pikermiensis növünə aid olub. Kəllənin təxminən yarısı qorunub, üzərində heyvanın müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyan üç yuxarı azı dişi də aşkar edilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntı təxminən 8-8,5 milyon il əvvəl Kritdə Qərbi Avrasiyaya bənzər quru faunasının mövcud olduğunu göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM