satellite   Azerspace-1: 11135 H 30000

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Bu gün Fransada həmkarlar ittifaqları konfederasiyalarının çağırışı ilə ölkədə dövlət sektorunda ümummilli tətil keçirilir. Ölkə üzrə təxminən 170 etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

NTV xəbər verir ki, Fransada həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını tələb edir və 2027-ci il büdcəsində dövlət qulluqçuları üçün indeks göstəricisinin dondurulmasına etirazını bildirir.

Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqı isə bu günü “qara gün” adlandıraraq, genişmiqyaslı səfərbərlik elan edib.

Etiraz aksiyalarının Paris, Marsel, Tuluza, Nitsa və Renn şəhərlərində keçirilməsi nəzərdə tutulur. Paytaxtda dövlət sektorunda çalışanların yürüşü saat 14:00-da Respublika meydanından başlayaraq Bastilyadan keçməklə “Nation” meydanınadək davan edəcək.

Yanğınsöndürənlər də aksiyaya qoşulurlar. Məlumatlara görə, Parisdə aksiyalarda 10 minə yaxın yanğınsöndürənin iştirakı gözlənilir.

Tətil nəqliyyat sistemində də ciddi fasilələrə səbəb olub.

Bu aksiya 2027-ci il üzrə dövlət büdcəsinin elan olunmasına bir neçə gün qalmış keçirilir. Həmkarlar ittifaqları, xüsusilə dövlət sektorunda əməkhaqqı məsələsi ilə bağlı hökumətə təzyiqi artırmaq niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM