satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb

Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb

Böyük Britaniyada RAF Fairford aviabazası yaxınlığında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan beş kişi dindirilmə və istintaq tədbirlərindən sonra girov qarşılığında sərbəst buraxılıb.

NTV xəbər verir ki, bu barədə BBC Böyük Britaniyanın antiterror polisinin rəhbəri Lourens Teylora istinadən məlumat yayıb.

Beş nəfərin hamısı istintaq altında qalmaqda davam edir. Onların hərəkətinə və digər şəxslərlə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub. Şübhəlilər əvvəlcə partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə, daha sonra isə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan şəxslərin 23-25 yaşlarında Britaniya vətəndaşları olduğu və Londonun müxtəlif ərazilərində yaşadığı bildirilib. Onların istifadə etdiyi üç avtomobil polis tərəfindən hərbçilərin və kriminalistlərin iştirakı ilə yoxlanılıb.

İstintaq hadisə ilə bağlı müxtəlif versiyaları, o cümlədən mümkün geosiyasi əlaqələri araşdırıb. Lourens Teylorun sözlərinə görə, polis şübhəlilərin xarici dövlətin maraqları naminə hərəkət edib-etmədiyini də yoxlayıb.

The Wall Street Journal mənbələrə istinadən Britaniya istintaqının aviabazaya hücum hazırlığında İranın mümkün rolunu da araşdırdığını yazıb.

Nəşrin məlumatına görə, hücumun ehtimal olunan hədəfi Fairford aviabazasında yerləşdirilən ABŞ-ın B-1 bombardmançıları ola bilərdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM