Qazaxıstanda “Facebook” sosial şəbəkəsində Manqistau vilayətində daha bir hərbçinin guya həlak olması barədə yayılan məlumat təkzib edilib.
NTV ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, sosial şəbəkədə bu məlumatdan istifadə etməklə manipulyasiya cəhdinin olduğu müəyyənləşdirilib.
Qazaxıstanın Daxili İşlər Nazirliyi, Milli Qvardiyası, Sərhəd Xidməti və Müdafiə Nazirliyinin Mərkəzə təqdim etdiyi məlumata əsasən, hərbçinin həlak olması barədə məlumat təsdiqini tapmayıb.
Mərkəz sosial şəbəkə istifadəçilərini rəsmi mənbəyə istinad etməyən məlumatlara inanmamağa çağırıb.
Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətinin Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı Qazaxıstanın 14 hərbçisi həlak olub, üç hərbçi isə xilas edilib.
