Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib.
NTV xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib.
Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəyə olan inamını qaytara biləcəyindən gedir.
"Prezident seçkilərində iştirak etmək elə bir qərardır ki, ona sadə yanaşmaq olmaz, xüsusən də sabiq dövlət başçısı üçün. Özümü birinci turda sadəcə iştirak etmək xatirinə iştirak edən namizəd kimi təsəvvür etmirəm, əksinə ikinci tura keçmək və seçkilərdə qalib gəlmək istəyirəm. Məhz belə bir imkandan çıxış edərək qərar qəbul edəcəyəm", - o qeyd edib.
