Böyük Britaniyanın London şəhərinin cənubunda və Surri qraflığında magistral su borusunun partlaması nəticəsində minlərlə evdə su təchizatı dayanıb və ya suyun təzyiqi aşağı düşüb.
NTV “The Independent”ə istinadla xəbər verir ki, hadisə bu gün Surri qraflığının Vest Molesi ərazisində baş verib.
Şirkətin ixtisaslaşmış əməkdaşları borudan suyun axmasının qarşısını almağa çalışırlar.
“Thames Water”ın məlumatına görə, qəza ilkin mərhələdə 15 minədək əmlakın su təchizatına təsir edib.
