satellite   Azerspace-1: 11135 H 30000

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Roma Papası XIV Leo Fransaya səfəri zamanı Avropa ölkələrini fikir ayrılıqlarını dialoq və kompromis yolu ilə həll etməyə çağırıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, Pontifik Mets şəhərində çıxışı zamanı qitədə silahlı münaqişələrə son qoymaq üçün qarşılıqlı güzəştlərə getmək lazım olduğunu bildirib. “İnsanlar və dövlətlər arasında münasibətlər getdikcə daha az sivil xarakter alır. Verilən sözün dəyəri yoxdur. Bunun əvəzinə insanlar yalan və hiylə ilə öyünürlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Avropa “başqalarına hörmət göstərməklə” bu qarşıdurmalara son qoya bilər.

Pontifik ölkələri səbirli dialoqa, həmçinin “ümumi sülh naminə bəzi tələblərindən imtina etməyə” hazır olmağa çağırıb.

O əlavə edib ki, beynəlxalq hüquq və multikulturalizm “istənilən münaqişənin əsasını təşkil edən hökmranlıq cəhdinin qarşısını alan ən yaxşı vasitələrdir”.

Pontifik sentyabrın 24-də dördgünlük apostol səfəri ilə Fransaya gəlib. Bazar ertəsi o, Avropa İttifaqının, Avropa Şurasının və NATO-nun qurucularından biri olan Robert Şuman adına konfrans mərkəzində Mets şəhərinə gedərək “Sülh və birlik naminə Avropanın köklərinə doğru” adlı çıxışını edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM