satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

Avqustun 30-da Şimali Kiprin Girne sahillərində batan sərnişin gəmisində itkin düşmüş şəxslərin axtarışı zamanı daha iki cəsəd tapılıb. Bundan əvvəl, sentyabrın 19-da bir nəfərin də cəsədi aşkar edilmişdi.

NTV Türkiyə mediasına istinadla xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin yazılı açıqlamasına görə, sualtı axtarış əməliyyatları qəzaya uğramış gəmidən təxminən 1000 metr aralıda və 570 metr dərinlikdə davam edir.

Bəyanatda sualtı axtarış əməliyyatları zamanı iki nəfərin cəsədinin tapıldığı və şəxsiyyətlərinin müəyyən edilməsi üçün DNT analizinin başlandığı qeyd olunub.

Əlavə edilib ki, DNT nəticələri əldə olunduqdan sonra ailələrə məlumat veriləcək. “Dövlət orqanları itkin düşmüş sərnişinləri tapana qədər axtarış işlərini davam etdirəcək. Həyatını itirənlərin ailələrinə bir daha başsağlığı verir və onlara səbir diləyirik”.

Qeyd edək ki, Şimali Kiprdəki Girnə limanı ilə Mersindəki Taşucu limanı arasında işləyən “Filo Jet” sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra su almağa başlayıb və batıb. Ümumilikdə, göyərtəsində 267 sərnişin və heyət üzvü olan gəminin batmasından sonra 239 nəfər xilas edilib, 15 sərnişin isə həyatını itirib. Gəminin qalıqları Girne sahillərində 554 metr dərinlikdə tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM