Fransada Pa-de-Kale departamentinin Vissan sahillərində La-Manş boğazını keçməyə cəhd edən katerin qəzaya uğraması nəticəsində üç qanunsuz miqrant ölüb.
NTV xəbər verir ki, bu barədə Fransa mediası departamentin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, onlar Böyük Britaniyaya çatmağa çalışıblar.
"Zərərçəkənlərin sayı barədə məlumatlar hazırda dəqiqləşdirilir və dəyişə bilər", - məlumatda qeyd edilib.
Məlumata görə, bir neçə nəfəri xilas edərək sahilə çıxarmaq mümkün olub. Beləliklə, ilin əvvəlindən La-Manşı qanunsuz keçməyə cəhd edərkən ölənlərin sayı 22-yə çatıb.
