satellite   Azerspace-1: 11135 H 30000

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Nepalın Nar Phu rayonundakı Himlung Himal dağında (7126 metr) baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb. Pis hava şəraiti helikopterlərin zirvəyə çatmasına mane olur və yerüstü xilasetmə işlərini qeyri-mümkün edir.

NTV xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.

İtkin düşənlərin hamısı Nepal komandasının üzvləri idi. Onlar düşərgəni xarici turistlərin gəlişi üçün hazırlamaq, marşrutu təmizləmək və ipləri bərkitmək üçün əvvəlcədən getmişdilər. Əcnəbilərin beş-altı gün ərzində gəlməsi gözlənilirdi.

Xilasetmə əməliyyatının başlaması hava şəraitinin yaxşılaşmasından asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM