satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.

Nazirlər Kabinetindən NTV-yə bildiriblər ki, görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycanla Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, həmçinin əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.

Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.

Humanitar sahədə həyata keçirilən təşəbbüslərin, o cümlədən Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihənin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Baş nazirinin müavini Samir Şərifov da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM