satellite   Azerspace-1: 11135 H 30000

Konqoda hərbi yük təyyarəsi qəzaya uğrayıb

Konqoda hərbi yük təyyarəsi qəzaya uğrayıb

Konqo Demokratik Respublikasında kiçik hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

NTV yerli mediaya istinadla xəbər verir ki, ölənlər arasında Konqo Hərbi Məhkəməsinin sədri general Motombo Katalay Tindi və Silahlı Qüvvələrin Baş müfəttişi Bakumi Likulya də var.

Bildirilib ki, Kikvetdən Kinşasaya uçan təyyarədə texniki nasazlıq baş verib. Kincidə qəza enişi cəhdi uğursuz alınıb və təyyarə yaşayış məntəqəsinə düşüb.

Hadisə ilə bağlı təhqiqata başlanıldığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM