Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb, 23 nəfər yaralanıb.
NTV xəbər verir ki, bu barədə “Malijet” portalı Malinin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhran Koordinasiya və İdarəetmə Mərkəzinə istinadla məlumat yayıb.
Məlumata görə, ölkənin yeddi bölgəsində baş verən daşqınlar 470-dən çox yaşayış binasını dağıdıb, 12 mindən çox insana ziyan vurub.
Hakimiyyət orqanları evsiz və ərzaq ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi üçün tədbirlər görür.
