satellite   Azerspace-1: 11135 H 30000

Çexiya yanacaq qiymətlərinin artması fonunda ETS 2 sisteminin tətbiqinin təxirə salınmasını təklif edəcək

Çexiya yanacaq qiymətlərinin artması fonunda ETS 2 sisteminin tətbiqinin təxirə salınmasını təklif edəcək

Çexiya artan yanacaq qiymətləri fonunda Avropa İttifaqının ETS 2 emissiya kvotaları sisteminin tətbiqinin təxirə salınmasını təklif edəcək.

NTV xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş deyib.

Onun sözlərinə görə, məsələ qarşıdakı Avropa Şurasının iclasında qaldırılacaq və məqsəd yanacağın daha da bahalaşmasının qarşısını almaqdır. Çexiyada dizelin orta qiyməti litr üçün 49,52 krona, benzinin qiyməti isə 45,91 krona çatıb. Dizelin hazırkı göstəricisi 2022-ci ilin martında qeydə alınmış tarixi maksimuma yaxınlaşıb. Hökumət qiymət artımı ilə əlaqədar avtomobil yanacağının dövlət tərəfindən tənzimlənməsini oktyabrın 1-dən bərpa etmək qərarına gəlib.

Babiş yüksək qiymətlərin əsas səbəblərindən birinin Avropadakı neft emalı güclərinin çatışmazlığı olduğunu bildirib. ETS 2-nin 2028-ci ildə qüvvəyə minməsi və avtomobil nəqliyyatı ilə yaşayış binalarının istilik sistemlərini əhatə etməsi planlaşdırılır. Sistem yanacaq xərclərinin artmasına təsir göstərə bilər. Bu məsələ ayrıca müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM