Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 29-da Almaniyaya səfər edəcək.
NTV Almaniya hökumətinin mətbuat xidmətinə istinadla bildirir ki, Qazaxıstan Prezidentinin Kansler Fridrix Merts ilə görüşündə ikitərəfli enerji və xammal tərəfdaşlığının genişləndirilməsi, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Görüşdən sonra liderlərin mətbuata bəyanatlarla çıxış etməsi nəzərdə tutulub.
