satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda ümummilli matəm elan edilib

Qazaxıstanda ümummilli matəm elan edilib

Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçularla əlaqədar sentyabrın 25-də ümummilli matəm elan edilib.

NTV Akordaya istinadla xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Daha əvvəl Qazaxıstanın Müdafiə Nazirliyi bildirmişdi ki, Xəzər dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbi qulluqçu dənizə düşüb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib. Digərlərinin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, hərbi qulluqçuların həlak olmasının səbəblərinin araşdırılması üçün Hökumət Komissiyası yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM