satellite   Azerspace-1: 11135 H 30000

CAR-da atışma zamanı 11 nəfər ölüb, 3 nəfər yaralanıb

CAR-da atışma zamanı 11 nəfər ölüb, 3 nəfər yaralanıb

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində sentyabrın 22-si axşam saatlarında fərdi evdə baş vermiş atışma nəticəsində ən azı 11 nəfər ölüb, 3 nəfər yaralanıb.

NTV ECNA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, 10 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanaya çatdırılan zaman ölüb.

Polisin məlumatına görə, zərərçəkənlər həmin ərazidəki evlərdən birinə toplaşıblar, bu zaman naməlum silahlı şəxslər məkana daxil olaraq atəş açıblar, həmçinin qurbanlardan birinə məxsus avtomobili yandırıblar.

Atışmanın motivi hələ ki, müəyyən edilməyib. İnsidentlə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM