satellite   Azerspace-1: 11135 H 30000

Yoxsul ölkələrin borclarının qiymətləndirilməsi zamanı iqlim dəyişikliyinə uyğunlaşma xərcləri nəzərə alınacaq

Yoxsul ölkələrin borclarının qiymətləndirilməsi zamanı iqlim dəyişikliyinə uyğunlaşma xərcləri nəzərə alınacaq

Aşağıgəlirli ölkələrin dövlət borclarının dayanıqlılığı qiymətləndirilərkən onların iqlim dəyişikliyinə uyğunlaşma ehtiyacları daha çox nəzərə alınacaq. Müvafiq dəyişikliklər Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının birgə planı çərçivəsinə edilən yeniləmənin bir hissəsidir.

NTV “Əşarq Əl-Əvsət” qəzetinə istinadla xəbər verir ki, yenilənmiş çərçivəyə inkişafa və iqlim uyğunlaşmasına dövlət investisiyalarının ölkələrin dövlət borclarına xidmət etmək qabiliyyətinə təsirini qiymətləndirəcək ayrıca uzunmüddətli təhlil bölməsi daxil ediləcək.

BVF qeyd edir ki, yeni yanaşma, əlaqəli borc riskləri nəzərə alınmaqla bu cür investisiyalar üçün maliyyə məkanını müəyyən etməyi hədəfləyir.

Aşağıgəlirli ölkələrin borc dayanıqlığı çərçivəsi (LİK-DSF) BVF və Dünya Bankı tərəfindən kredit qərarları və dövlət maliyyəsinin idarə edilməsi tövsiyələri hazırlamaq üçün istifadə olunur. Onun qiymətləndirmələrindən digər çoxtərəfli inkişaf bankları və donorlar tərəfindən də kredit və qrantlar verilərkən istifadə olunur.

Bundan əlavə, çərçivə zəruri borc düzəlişlərinin dərəcəsini müəyyən etmək üçün suveren borc restrukturizasiyaları zamanı istifadə olunur.

Əvvəlki LİK-DSF icmalı 2017-ci ildə tərtib edilib. BVF-nin məlumatına görə, o vaxtdan bəri bir çox ölkənin borc yükü artıb, habelə kommersiya şərtləri ilə daxili və xarici borclanma daha əhəmiyyətli hala gəlib.

İqlim uyğunlaşması xərclərini daxil etməklə yanaşı, yenilənmiş çərçivə daxili borcun daha sistemli təhlilini, təkmilləşdirilmiş borc yükü göstəricilərini və stres testlərini əhatə edir.

Yeni alətlər ölkələrin maliyyə vəziyyətlərinin daha dəqiq qiymətləndirilməsinə kömək etməli və maliyyə çətinlikləri yaşayan ölkələrlə davamlı olmayan borc yükü olan ölkələr arasında fərq qoymalıdır.

BVF-nin İcra Şurası dəyişiklikləri sentyabrın 9-da nəzərdən keçirib. Yenilənmiş sistemin tam tətbiqi Direktorlar Şurasının yay tətilindən sonra - 2027-ci ildə gözlənilir.

Bundan əvvəl BVF və Dünya Bankının mütəxəssisləri metodoloji qaydalar hazırlamalı, hesablama formalarını yeniləməli və təlimlər keçirməlidirlər. Keçid dövründə qiymətləndirmələr mövcud sistem əsasında aparılmağa davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM