satellite   Azerspace-1: 11135 H 30000

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb

Rumıniyanın cənubundakı Slatina şəhərinin bələdiyyə qəbiristanlığında COVID-19 pandemiyası zamanı ölən onlarla şəxsin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə “news.ro” portalı məlumat yayıb.

Slatina meri Mario De Mezzo bildirib ki, qəbiristanlıqda yüzlərlə insan sümüyü, həmçinin pandemiya dövründə ölən şəxslərin hələ parçalanmamış cəsədlərinin olduğu torbalar tapılıb.

Hazırda polis qalıqların mənşəyini və ölüm səbəblərini araşdırır. Mer hadisənin mümkün cinayət motivi ilə bağlı araşdırıldığını və hüquq-mühafizə orqanlarına ilk müraciətin sentyabrın 3-də edildiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM