satellite   Azerspace-1: 11135 H 30000

Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb

Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb

Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib.

NTV xəbər verir ki, bu barədə “iPaper” məlumat yayıb.

Nəşrin məlumatına görə, sınaq buraxılışı ötən həftə təxminən 19 ton yükdaşıma qabiliyyətinə malik “Excalibur” pilotsuz sualtı aparatı ilə həyata keçirilib. Aparat 1000 dəniz milinədək məsafə qət edə və beş günədək su altında avtonom fəaliyyət göstərə bilir.

Xüsusiyyətləri açıqlanmayan torpedo ABŞ və Avstraliya tərəfindən hazırlanıb və gəmilərə və sualtı qayıqlara qarşı istifadə üçün nəzərdə tutulub.

Sınaq Böyük Britaniya və ABŞ tərəfindən birgə keçirilib. Nəşrin məlumatına görə, bu, hər iki ölkənin ekipajlı sualtı qayıq əvəzinə pilotsuz sualtı aparatdan ilk dəfə torpeda buraxmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM