satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan 8,4 GVt gücündə bərpaolunan enerji mənbələri obyektlərini istifadəyə verməyi planlaşdırır

Qazaxıstan 8,4 GVt gücündə bərpaolunan enerji mənbələri obyektlərini istifadəyə verməyi planlaşdırır

Qazaxıstan 2035-ci ilədək ən azı 8,4 GVt gücündə bərpaolunan enerji mənbələri obyektlərini istifadəyə verməyi planlaşdırır.

NTV Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, bununla bağlı planlar Astanada keçirilən Dekarbonizasiya üzrə Mərkəzi Asiya və Avropa Üçüncü Regional Forumunda açıqlanıb.

Hazırda Qazaxıstanda ümumi quraşdırılmış gücü təxminən 3,8 GVt olan 170 bərpaolunan enerji mənbəyi obyekti fəaliyyət göstərir. 2035-ci ilədək elektrik enerjisi sektorunun inkişaf planına əsasən, ən azı 8,4 GVt gücündə bərpaolunan enerji mənbələri obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 15 faizə, 2050-ci ilədək isə alternativ və aşağıkarbonlu enerjinin payının 50 faizə çatdırılması məqsədilə hər il hərracların keçirilməsi və strateji investorlarla iri layihələrin həyata keçirilməsi davam etdiriləcək.

Forumda elektrik şəbəkələrinin, enerji saxlanc sistemlərinin inkişafına, enerji sisteminin balanslaşdırılmasına və çevikliyinin artırılmasına, həmçinin regional əməkdaşlığa və elektrik enerjisinin transsərhəd ticarətinə xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM