Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək.
NTV-nin məlumatına görə, 2029-cu ildəki yarış Keniyanın paytaxtı Nayrobidə baş tutacaq.
Qərar Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Atletikası (World Athletics) Şurasının iclasında qəbul edilib.
2031-ci il çempionatı isə Almaniyanın Münhen şəhərində təşkil olunacaq. London və Roma şəhərləri də bu tədbirə ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmüşdülər.
Xatırladaq ki, atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Növbəti turnirin 2027-ci il sentyabrın 10-dan 19-dək Çinin paytaxtı Pekində keçirilməsi nəzərdə tutulub.
