Belaruslu turistlər Almatı vilayətində (Qazaxıstan) təxminən 3 400 metr yüksəklikdə yerləşən ərimiş Severtsov buzlağında insan cəsədini aşkar ediblər.
NTV xəbər verir ki, bu barədə "24KZ" məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədin tapıldığı yerə gəlib və onu çətin keçilən dağlıq ərazidən təxliyə ediblər. Onun daşınması üçün "Kazaviaspas" SC-nin helikopteri cəlb olunub.
Turistlər koordinatları xilasedicilərə ötürüb və sosial şəbəkələrdə fotolar paylaşıblar. Əşyalar arasında köhnə sovet istehsalı olan bel çantası da olub. Təxminən 20 il əvvəl itkin düşən alpinistin qızı onu fotoda tanıyıb.
44 yaşlı Nelya Mixeyeva səhər saatlarında paylaşımı görüb və xilasedicilərlə əlaqə saxlayıb. Qorunub saxlanmış sənədlər və qızındakı fotoşəkil əsasında kişinin şəxsiyyətini təsdiqləmək mümkün olub. Onun əşyaları içərisində həmçinin vəsiqə də tapılıb. O, 2007-ci ilin sonunda, 49 yaşında olarkən itkin düşmüşdü.
