satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir - FOTOLAR

Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font> Türkiyənin milli hərbi dəniz vasitələri “TEKNOFEST Mavi Vətən” Festivalında nümayiş etdirilir<font color=red> - FOTOLAR</font>

Türkiyədə keçiriləcək “TEKNOFEST-2026” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının dəniz vasitələrinin nümayişini nəzərdə tutan “TEKNOFEST Mavi Vətən” bölməsinin rəsmi açılış mərasimi olub.

NTV xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu ölkəsinin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar barədə danışıb, bu nailiyyətlərin nəticəsi olan bir çox yerli istehsal nümunələrinin festivalda nümayiş etdirildiyini xatırladıb.

O, hazırda tədbirin keçirildiyi Gölcük Tərsanəsinin qurulmasının 100-cü ildönümünün qeyd edildiyini bildirib.

Tədbirdə çıxış edən milli müdafiə naziri Yaşar Güler dənizçiliyin Türkiyə tarixində əhəmiyyətli yerə sahib olduğunu vurğulayaraq, hazırda ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində bu istiqamətdə fəaliyyətlərin tam gücü ilə davam etdiyini bildirib. Ən böyük hədəflərdən birinin milli ordunun daha da təkmilləşdirilməsi olduğunu diqqətə çatdıran nazir gənclərin texnologiyalara daha çox hakim olmasının əhəmiyyətini vurğulayıb. Yaşar Güler builki “TEKNOFEST” yarışmalarına 1 milyon 600 min iştirakçının müraciət etdiyini, təqdim edilən layihələrin isə böyük əhəmiyyət daşıdığını deyib.

Xatırladaq ki, Türkiyənin dənizçilik sahəsində ilk texnologiya festivalı olan “TEKNOFEST Mavi Vətən” 4 gün davam edəcək.

Festivalda TCG İstanbul, TCG Burgazada, TCG Hızırreis və TCG Sakarya kimi Türkiyənin müdafiə sənayesinin artıq tanınan yerli istehsal vasitələri ilə yanaşı, müxtəlif pilotsuz dəniz və sualtı sistemləri sərgilənəcək, ölkənin sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) komandolarının xüsusi nümayişləri keçiriləcək.

Tədbirdə Türkiyənin Makina və Kimya Sənayesi, “HAVELSAN”, “ASFAT”, “ASELSAN” və “ROKETSAN” kimi şirkətlərinin ən yeni müdafiə sistemləri təqdim edilib. Gənc mühəndislər isə pilotsuz sualtı sistemlər və sualtı raket yarışlarında iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM