satellite   Azerspace-1: 11135 H 30000

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

“Nokia” Çin bazarını tərk edir - şirkət bu ölkədə kütləvi işçi ixtisarına başlayır

Finlandiyanın “Nokia” şirkəti bu ilin sonuna qədər Çində yerli işçi qüvvəsini bir neçə mərhələdə azaltmağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə "The South China Morning Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, Çin bazarını tərk etmək qərarı güclü rəqabətdən irəli gəlir.

“Nokia” şirkətinin həm mobil şəbəkələrdə, həm də ümumilikdə şəbəkə infrastrukturunda çalışan çinli işçiləri ixtisar ediləcək. İşçi qüvvəsinin ixtisarının əsas hissəsinin bu ilin sonuna qədər başa çatdırılması gözlənilir. Ötən ilin sonuna olan məlumata görə, “Nokia” şirkətinin Çində, Honkonqda və Tayvanda, ümumilikdə, təxminən 7200 işçisi var idi. Şirkətin Çinin Pekin və Şanxay da daxil olmaqla, beş böyük şəhərində ofisləri var.

“Nokia”nın təkcə Hançjou tədqiqat mərkəzində təxminən 1600 nəfər işlə təmin olunub. Onların əksəriyyəti, çox güman ki, işlərini itirəcək. Şirkət nümayəndələri yerli ofislərin bağlanması və işçilərin ixtisar edilməsi ilə bağlı şərh verməkdən imtina ediblər.

2019-cu ildən bəri “Nokia”nın Çindəki gəliri təxminən iki dəfə azalaraq 913 milyon avroya düşüb, regionun qlobal gəlirdəki payı isə 7,9 faizdən 4,6 faizə geriləyib.

Şirkət 1985-ci ildən etibarən Çində fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM