Rusiya ordusunun avqustun 20-nə keçən gecədən Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 33 nəfər isə xəsarət alıb.
NTV xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
O bildirib ki, avqustun 21-i Kiyevdə Matəm Günü elan edilib. Matəm Günü şəhərdəki bütün ictimai binalarda bayraqlar yarıya qədər endiriləcək. Bütün əyləncə tədbirləri qadağan edilib.
Hücumun nəticələrinin aradan qaldırılması işləri paytaxtın Solominski, Svyatoşin və Darnitski rayonlarında davam edir.
Qeyd edək ki, Kiyevə hava hücumları 9 saata yaxın davam edib.
