İngiltərədə əlilliyi olan şəxslər gələn ilin aprelindən etibarən günün istənilən saatında avtobuslardan pulsuz istifadə edə biləcəklər.
NTV BBC-yə istinadla xəbər verir ki, hazırda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan pulsuz avtobus kartlarından həftəiçi günlərdə yalnız saat 09:30-dan 23:00-dək istifadə etmək mümkündür. Həftə sonları və rəsmi bayram günlərində isə bu məhdudiyyət tətbiq edilmir.
Mövcud qaydaların xüsusilə səhər saatlarında işə gedən və ya gecə saatlarında keçirilən tədbirlərdə iştirak edən insanlar üçün çətinlik yaratdığı bildirilir. Yeni qaydanın təxminən bir milyon insana fayda verəcəyi gözlənilir. Hökumət bu addımın yaşayış xərclərinin azaldılmasına və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlərin bir hissəsi olduğunu bildirib.
Baş nazir Endi Börnhem deyib ki, əlilliyi olan şəxslərin günün müəyyən saatlarında öz pulsuz gediş kartlarından istifadə edə bilməməsi ədalətli deyil. O, daha əvvəl Mançester meri olduğu dövrdə də oxşar dəyişikliyi həyata keçirdiyini xatırladıb.
