Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində bal ayında olan britaniyalı cütlük və pilot həyatını itirib.
NTV “The Times” qəzetinə istinadla xəbər verir ki, polis cütlüyün Sifnos adasına getdiyini və helikopterin təyinat yerinə çatmasına bir neçə dəqiqə qalmış qəzaya uğradığını bildirib.
Afinada polis rəsmisinin verdiyi məlumata görə, qəza helikopterin yerli vaxtla saat 18:15-də planlaşdırılan enişindən cəmi bir neçə dəqiqə əvvəl baş verib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə helikopterin idarəetməni itirərək havada fırlandığı, daha sonra yerə çırpıldığı və alovlandığı görünür.
Yunanıstan polisi yerli və beynəlxalq media orqanlarına həyatını itirən britaniyalıların Aleksander Kromi və Mari Ebert olduğunu açıqlayıb.
