Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.
NTV "Report"-a istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var.
Bildirilib ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.
