satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

Böyük Britaniyada rekord istilər və uzunmüddətli quraqlıqla müşayiət olunan yaydan sonra hava şəraitinin dəyişəcəyi gözlənilir.

NTV BBC-yə istinadla xəbər verir ki, Surrey qraflığının Visli bölgəsində artıq 60 gündür yağıntı qeydə alınmayıb. İngiltərə və Uelsin əksər ərazilərində də uzun müddətdir yağış yağmaması quraqlığa səbəb olub. Bu həftə ölkənin bəzi bölgələrində yağış gözlənilsə də, yağıntıların quraqlıq şəraitini əhəmiyyətli dərəcədə dəyişəcək səviyyədə olmayacağı bildirilir.

Yaxın günlərdə havanın nəzərəçarpacaq dərəcədə sərinləşəcəyi, temperaturun ölkə üzrə mövsüm normasından aşağı düşəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə gecə saatlarında temperaturun 3 dərəcəyədək enəcəyi gözlənilir.

İngiltərənin cənubunda təxminən iki aydır çaylarda və su anbarlarında suyun səviyyəsi ciddi şəkildə aşağı düşüb. Hazırda bütün Uels və İngiltərənin böyük hissəsində quraqlıq hökm sürür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM