satellite   Azerspace-1: 11135 H 30000

Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub

Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub

Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib.

Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı yeniyetmə isə xəstəxanaya göndərilib.

Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM