satellite   Azerspace-1: 11135 H 30000

Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır

Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır

ABŞ-ın Fars körfəzindəki müttəfiqləri Vaşinqtonun İranla münaqişənin diplomatik yolla həllinə nail ola bilmədiyinə getdikcə daha çox əmin olurlar.

NTV-nin The Washington Post qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyndə ABŞ administrasiyasının siyasətindən narazılıq artır.

Nəşrin mənbələrinin məlumatına görə, Fars körfəzi ölkələri Vaşinqtonun Tehranla razılaşmanın əldə olunması üçün zəruri diplomatik səyləri göstərməməsindən narahatdır.

ABŞ-ın bəzi müttəfiqləri artıq öz ərazilərində iri Amerika hərbi obyektlərinin yerləşdirilməsinin davam etdirilməsinin məqsədəuyğunluğunu müzakirə etməyə başlayıblar. Qəzetin qeyd etdiyi kimi, Vaşinqtonun fəaliyyətindən narazılıq İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.

The Washington Post region ölkələrinin mövqeyindəki dəyişikliyin əlamətlərindən biri kimi Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə Paktını imzalamasını göstərir. Sənədə əsasən, iştirakçı ölkələrdən birinə hücum hər üç dövlətə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM