satellite   Azerspace-1: 11135 H 30000

CENTCOM Yaxın Şərq xəritəsini dəyişib

CENTCOM Yaxın Şərq xəritəsini dəyişib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) komandanın Yaxın Şərq səfəri ilə bağlı paylaşımında regionun xəritəsini dəyişib.

NTV-nin məlumatına görə, bunu CENTCOM-un "X" sosial şəbəkəsindəki hazırkı paylaşımı və istifadəçilər tərəfindən saxlanılan ilkin versiyanın görüntüləri göstərir.

İlkin xəritədə Qəzza zolağı və İordan çayının Qərb sahili vizual olaraq İsrail ərazisinə daxil edilmişdi. Yenilənmiş versiyada isə İsrail və Fələstin əraziləri ətrafındakı sərhədlər fərqli şəkildə göstərilib.

Paylaşım CENTCOM komandanı admiral Bred Kuperin Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırmasına həsr olunub. Səfər çərçivəsində o, Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də olub, həmçinin Ərəbistan dənizində xidmət aparan ABŞ-ın "USS Abraham Lincoln" aviadaşıyıcısına baş çəkib.

CENTCOM xəritənin dəyişdirilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM