İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub.
NTV "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb.
Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərinə endirilib.
İsrail Müdafiə Ordusu bu məlumatları hələ şərh etməyib.
