satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

Ukrayna Müdafiə Qüvvələri avqustun 13-nə keçən gecə Başqırdıstanın Salavat şəhərindəki “Qazpromneftekhim Salavat” neft emalı kompleksinə zərbə endirib.

NTV bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Telegram” kanalına və Pilotsuz Sistemlər Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir.

Neft emalı zavoduna Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə yanaşı, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci əlahiddə mərkəzinin operatorları da zərbə endiriblər. Obyektdə yanğın baş verib.

Həmin obyektin Ukrayna dövlət sərhədinə qədər məsafəsi təxminən 1300 kilometrdir.

“Qazpromneftekhim Salavat” Rusiya Federasiyasının ən böyük neft emalı və neft-kimya komplekslərindən biridir.

Onun karbohidrogen emalı gücü ildə 10 milyon tona çatır. Zavod avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen və digər neft məhsulları, habelə polimerlər istehsal edir. Müəssisə Rusiya ordusunun təchizatı ilə məşğuldur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM