satellite   Azerspace-1: 11135 H 30000

Brüsseldə Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar yekunlaşıb

Brüsseldə Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar yekunlaşıb

Belçikanın paytaxtı Brüsseldə bu gün Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar başa çatdırılıb.

NTV xəbər verir ki, Günəşin təxminən 90 faizini Ayın örtəcəyi tutulma Belçikada 1999-cu ildən bəri ən möhtəşəm hadisə olacaq.

Tutulma yerli vaxtla saat 19:18-də başlayacaq, saat 20:13-də maksimum mərhələyə çatacaq və 21:05-də başa çatacaq.

Mütəxəssislər müşahidə üçün maneəsiz görünüşü olan məkanların seçilməsini tövsiyə edirlər.

Urania rəsədxanası bildirir ki, Günəşin tutulmasına yalnız xüsusi qoruyucu eynəklərlə baxmaq lazımdır. Adi gün eynəkləri gözləri kifayət qədər qorumur və ciddi zədələnməyə səbəb ola bilər.

Hadisəyə marağın yüksək olduğu Antverpendə muzey mağazasında son günlər təxminən 16 min xüsusi qoruyucu eynək satılıb.

Bir çox həvəskarlar tam tutulmanı izləmək üçün Belçikadan İspaniya və Portuqaliyaya da səfər ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM